BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov yeni rəis təyin etdi

Vilayət Eyvazov yeni rəis təyin etdi

30-11-2019, 11:31
Oxunub: 1 814 Vilayət Eyvazov yeni rəis təyin etdiDaxili işlər orqanlarında kadr dəyişikliyi olub...

PİA.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Əməliyyat və Statistik İnformasiya Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə F.Azadəliyev Lənkəran Şəhər-Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ rəisi, polis polkovniki İslam Hümbətov vəzifəsindən azad olunaraq, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.