BolgeXeber.Com » Xəbərlər » Milli Məclis parlamentin buraxılması ilə bağlı məsələyə “HƏ” dedi

Milli Məclis parlamentin buraxılması ilə bağlı məsələyə “HƏ” dedi

2-12-2019, 15:32
Oxunub: 1 526 Milli Məclis parlamentin buraxılması ilə bağlı məsələyə “HƏ” dediMilli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması məsələsinə baxılıb.

Oxu.Az-ın məlumatına görə, müzakirələrdən sonra Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət edilməsi üçün qərar layihəsi oxunub.

Qərar layihəsini Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Qərar layihəsi oxunduqdan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.