BolgeXeber.Com » Xəbərlər » Deputat Yevda Abramovun dəfn mərasiminin gecikməsinin səbəbi məlum olub

Deputat Yevda Abramovun dəfn mərasiminin gecikməsinin səbəbi məlum olub

7-12-2019, 12:01
Oxunub: 2 140 Deputat Yevda Abramovun dəfn mərasiminin gecikməsinin səbəbi məlum olub "Dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması bizim adət-ənənəyə uyğun deyil".

Bunu açıqlamasında ötən gün vəfat edən deputat Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

"Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək", - deyə mərhum deputatın qızı bildirib.

*** 09:42

Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.

Bunu "Report"a açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.