XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb

Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıbBərdədə və Qusarda 3 nəfərin dəm qazından boğulması faktları ilə bağlı cinayət işi başlanıb.

Bərdədə 3 yaşlı azyaşlının yaşadığı mənzildə dəm qazından boğularaq ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Bundan başqa, Qusarda 15 yaşlı qızın dəm qazından boğularaq ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Bərdə şəhərində 3 yaşlı Hüseynli Ayşən Etibar qızı anası ilə birgə dəm qazından zəhərlənib. Uşaq ölüb, ananın vəziyyəti ağırdır.

Qusarda isə 2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin hamam otağında dəm qazından boğularaq ölüb.
Bölmə: Xəbərlər | 09 dekabr 2019 13:31





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: