BolgeXeber.Com » Xəbərlər » “EuroHome”da malları yanan sahibkar: Bazarın yarısının sığortası yoxdur

“EuroHome”da malları yanan sahibkar: Bazarın yarısının sığortası yoxdur

10-12-2019, 13:39
Oxunub: 2 095 “EuroHome”da malları yanan sahibkar: Bazarın yarısının sığortası yoxdur150 minlik ziyana düşdüm.

Oxu.Az xəbər verir ki, bu sözləri yanğında ziyan görən sahibkarlardan biri deyib.

Onun sözlərinə görə, yanğın ilk olaraq kafel-metlax satılan dükanda başlayıb:

“Səhər saat 9 radələrində bildik ki, kafel-metlax satılan dükanlardan birində yanğın var. Tez Fövqəladə Hallar Nazirliyinə zəng etdik. Burada 100-dən çox mağazaya ziyan dəyib.

Mənim özümün 150 min manatlıq malım yanıb-kül olub. Bazarın yarısının sığortası yoxdur, eləcə də, mən də sığortalanmadım.

Nisyə dəftərim vardı. 50-60 minə yaxın alacaqlarım vardı, o dəftər də yandı. Bilmirəm kimdən nə alacam, nə qədər alacam. Heç kim bizə heç nə demir”.

Qeyd edək ki, bazarda yanğınla bağlı təhlükəsizlik siqnalları quraşdırılmayıb.