BolgeXeber.Com » Xəbərlər » MSK DSK-nın qərarını ləğv edib

MSK DSK-nın qərarını ləğv edib

11-01-2020, 17:39
Oxunub: 2 238 MSK DSK-nın qərarını ləğv edibBu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. 41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək deputatlığa namizədliyi irəli sürülmüş M. Rəhimlinin namizədliyini qeydə almayıb. MSK DSK-nın qərarını ləğv edib və M. Rəhimlinin namizədliyi qeydə alınıb.