BolgeXeber.Com » Xəbərlər » Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır

Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır

17-01-2020, 17:49
Oxunub: 3 023 Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışırHər fəslin öz gözəlliyi olsa da, qış fəslinin gözəlliyi tamam bir başqadır. Fəsil boyu qar yağdıqca təbiət ağ libasına bürünür, dağlar-daşlar öz gözəlliyi ilə göz qamaşdırır.

Qarın yağması ilə bu Qubaya istirahətə gələn qonaqların sayı gözə çarpacaq qədər artır.



Bolgexeber.com xəbər verir ki, turistlərin sayının artması, eləcə də rayon ərazisində hərəkətin intensiv olması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.



Belə ki, Quba RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. İnspektorlar tərəfindən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılır, müvafiq sənədlər yoxlanılır. Bundan əlavə YPX-nin əməkdaşları qonaqların istirahət edəcəkləri ərazi üzrə yollarda olan vəziyyət haqqında onlara məlumat verirlər.



RPŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları da rayon ərazisində gücləndirilmiş iş rejimində çalışırlar. Onlar təhkim olunmuş xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.



Polis əməkdaşları tərəfindən ictimai sabitliyin və təhlükəsizliyin təmin olunmasında göstərilən xidmət istər yerli sakinlər, istərsə də gələn qonaqlar tərəfindən yüksək qiymətləndirilir və Qubaya gələn hər bir şəxs havanın soyuq və qarlı olmasına baxmayaraq xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan polislərinə öz minnətdarlıqlarını bildirirlər.


Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır
Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır
Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır