BolgeXeber.Com » Xəbərlər » Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı" - FOTO

Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı" - FOTO

22-01-2020, 20:24
Oxunub: 2 716 Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı" - FOTODeputat olduğu dövrdə açıqlamaları ilə bir çox qalamaqallara səbəb olan Hadı Rəcəbli 74 saylı Lənkəran kənd seçki dairəsindən təbliğat-təşviqat kampaniyasını davam etdirir.

KONKRET.AZ xəbər verir ki, Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlərdə insanların çox görünməsi üçün maraqlı üsuldan istifadə edib. Belə ki, “gənclərlə görüş” başlığı ilə “facebook”da yayımladığı görüntülərdə Hadı Rəcəbli Lənkəran Dövlət Universiteti və texnikumunda müxtəlif bölgələrdən təhsil alan bir neçə tələbəsini də həmin tədbirə toplayıb.

Daha sonra Hadı Rəcəbli tələbələri 74 saylı Lənkəran kənd seçki dairəsinin seçiciləri kimi ictimaiətə təqdim etməkdən çəkinməyib. Bununla belə, o, “gənclərlə görüş” başlığı ilə “facebook”da yayımladığı görüntülərdə görüşə gələnlərin əksəriyətinin yaşlı adamlar olduğu ortaya çıxıb.

Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşləri izdihamlı göstərmək üçün video-montaj proqramından da istifadə edib.
Bolgexeber.com