BolgeXeber.Com » Xəbərlər » Şirvan camaatı yekdinliklə deputatlığa namizəd Əsmər Əliyevanı dəstəklədi - SORĞU

Şirvan camaatı yekdinliklə deputatlığa namizəd Əsmər Əliyevanı dəstəklədi - SORĞU

24-01-2020, 17:33
Oxunub: 5 895 Şirvan camaatı yekdinliklə deputatlığa namizəd Əsmər Əliyevanı dəstəklədi - SORĞU46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədlərlə bağlı əhali arasında sorğu keçirilib

Bolgexeber.com-un əməkdaşlarının Şirvanda əhali arasında apardığı sorğu inanılmaz nəticələr ortaya çıxarıb.

Beləki, 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədlərlə arasında seçicilər, Əliyeva Əsmər Əlimusa qızını deputat gördüklərini və ona bütün şirvanılıların dəstək verdiyini bldiriblər.

Saytın əməkdaşlarının, Hacıqəhrəmanlı kəndi, Çılpaqlı qəsəbəsi, təzə və köhnə şəhər, Demanlı qəsəbəsi, şəhərin naxçıvan küçəsində, eləcədə Şirvan şəhərində yaşayan sakinlər arasında keçirdikləri sorğu, namizədlərlə bağlı bütün şübhələri alt-üst edib.

Məlum olub ki, Şirvan camaatı yekdinliklə gənc, vətənpərvər namizəd Əsmər Əliyevanın tam şəkildə dəstəkləyir. Şirvanın ən tanınmış ziyalılıları, əlillər, şəhid ailələri, zəhmətkeşlər, həttda iqtidar və müxalifət mənsubları da Əsmər Əliyevaya inandıqlarını, 9 fevraldan ona səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, yaxın saatlarda, 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədlərlə bağlı rayonun kənd və qəsəbə sakinləri arasında aparılmış videosorğunu təqdim edəcəyik...!

Qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Əliyeva Əsmər Əlimusa qızı seçki platformasını təqdim edirik:

Xanım namizəd “Şirvanın inkişafı, şirvanlıların rifahı” şüarı altında aşağıdakı problemlərə diqqət edəcəyini bildirib:

- Şirvanda iqtisadi, siyasi, ictimai proseslərin ölkədə aparılan yeni islahatlar kursuna uyğunlaşdırılmasına töhfə vermək.

- Bütün seçicilərinin həmdəmi, yardımçısı olmaq, şəhərin müxtəlif məhəllələrində mütəmadi qəbullar, görüşlər keçirmək, sakinlərin bütün qayğılarını dərhal öyrənib, həllinə kömək etmək.

- Bir hüquqşünas olaraq əhalinin hüquqlarını yalnız parlamentdə qorumaqla kifayətlənməyərək seçicilər üçün effektiv hüquqi məsləhətxana və hüquqların müdafiəsi xidmətini təşkil etmək.

- Prezidentin hər bir vətəndaşdan tələb etdiyi “ictimai nəzarət mexanizmi”ni Şirvanda tətbiq edərək sakinləri narahat edən problemləri, onların üzləşdikləri maneələri dərhal müəyyənləşdirmək, operativ araşdırmaq və səmərəli həll etmək.

- Şirvanın yüksəlişinə nail olmağı, əhalinin sosial çətinliklərini aradan qaldırmağı fəaliyyət prioriteti kimi qəbul edəcək Şirvanın İnkişafı Naminə fondunu təsis etmək və bu fond vasitəsilə şəhərdə xeyriyyəçilik, himayədarlıq fəaliyyətini genişləndirmək, aztəminatlı ailələrin, xüsusi kateqoriyalı insanların sosial müdafiəsini gücləndirmək, maarifçilik prosesinə diqqəti artırmaq.

- Yol, nəqliyyat, enerji, qaz və su təminatında qarşılaşılan problemlərin kompleks həlli üçün tədbirlər həyata keçirmək.

- Gənclərin işsizliyi, qadınların məşğulluq problemlərinin həllinə nail olmaq üçün effektiv layihələr hazırlamaq və onların icrasını gerçəkləşdirmək.

- İstehsalı dayandırılmış müəssisələrin yenidən işə düşməsi üçün müvafiq dövlət orqanları ilə birgə tədbirlər planı hazırlamaq.

- Gənc ailələrin mənzil və cari çətinliklərinin aradan qaldırılırması üçün sosial proqramlar həyata keçirmək, mərkəzi strukturların diqqətini bu sahəyə cəlb etmək.

- Sahibkarların, fermerlərin normal fəaliyyəti üçün əsas amil sayılan kredit ayrılması prosesində şəffaflığa nail olmaq, bu sahədəki narazılıqların aradan qaldırılması məqsədilə xüsusi nəzarət mexanizmi tətbiq etmək.

- Təmirə və bərpaya ehtiyac duyan məktəblərin, kitabxanaların, mədəniyyət ocaqlarının zahiri və mənəvi görkəmini yeniləşdirmək, maddi-texniki bazalarını təkmilləşdirmək məqsədilə xüsusi tədbirlər planı hazırlamaq.
Şirvan camaatı yekdinliklə deputatlığa namizəd Əsmər Əliyevanı dəstəklədi - SORĞU