Hərbi hissədə tank mərmisi partlayıb, iki hərbi qulluqçu həlak olub

Hərbi hissədə tank mərmisi partlayıb, iki hərbi qulluqçu həlak olub

Hərbi hissədə tank mərmisi partlayıb, iki hərbi qulluqçu həlak olubİyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.
6-07-2019, 12:01
Geri qayıt