Ombudsman Elmira Süleymanova: “Cənab Prezidentin qərarını gözləyirəm”

Ombudsman Elmira Süleymanova: “Cənab Prezidentin qərarını gözləyirəm”

Ombudsman Elmira Süleymanova: “Cənab Prezidentin qərarını gözləyirəm”Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Bolgexeber.com-un məlumatına görə, E.Süleymanova jurnalistlərə açıqlamasında işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözlədiyini deyib.

“Sosial şəbəkələrdə mənim adımın hallandırılması başqa bir məsələdir. Mən bu barədə danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda “rəsmi qərarı gözləyirəm” dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm”, - E.Süleymanova vurğulayıb.

Qeyd edək ki, E.Süleymanovanın 82 yaşı var.
1-11-2019, 15:20
Geri qayıt