LDU-da insan alverinə qarşı maarifləndirmə tədbiri keçirilib

LDU-da insan alverinə qarşı maarifləndirmə tədbiri keçirilib

LDU-da insan alverinə qarşı maarifləndirmə tədbiri keçirilibLənkəran Dövlət Universitetində (LDU) “İnsan alveri: Problemin xüsusiyyətləri və onu doğuran səbəblər” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Polisə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları, Lənkəran Dövlət Universitetinin tələbə -müəllim heyəti iştirak edib.Tədbir insan alveri qurbanlarının faciəsini əks etdirən videoçarxın nümayişi ilə başlanıb.

“Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev mövzu ilə bağlı geniş məruzə edib.Bildirib ki,insan alveri insan hüquq və azadlıqlarının ciddi pozulduğu ağır və mütəşəkkil cinayət növüdür , ictimai-mənəvi,mədəni dəyərlərin tənəzzülə uğramasından,gender bərabərsizliyindən,məişət zorakılığından,ailədaxili münaqişələrdən,təhsilə çıxış imkanının mədudluğundan və s.irəli gəlir.Ş.Əliyev qeyd edib ki,insan alveri həm milli, həm də transmilli mütəşəkkil cinayətlər kateqoriyasına aiddir.İnsan alveri nəticəsində qurbanların həyat və sağlamlığına,iradə azadlıqlarına və rifahına ciddi zərər dəyir, qanunun aliliyi və milli təhlükəsizliyi təhlükə altına alınır. Beynəlxalq təşkilatların hesabatlarına əsasən dünyada insan alveri ilə bağlı hər il orta hesabla 13 min fakt üzrə cinayət təqibinin həyata keçirildiyini deyən məruzəçi , ölkəmizdə bu istiqamətdə mübarizənin əsasən 2005-ci ildən start götürdüyünü , təkcə cari ilin 6 ayında 150 cinayət faktının aşkar olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir iştirakçılarına insan alverinə qarşı mübarizə tədbirlərindən bəhs edən maarifləndirici kitab və braşuralar paylanılıb.
Bolgexeber.com
LDU-da insan alverinə qarşı maarifləndirmə tədbiri keçirilib
15-11-2019, 16:44
Geri qayıt