İlham Əliyevdən Naxçıvanda yeni mərkəzin yaradılması ilə bağlı - SƏRƏNCAM

İlham Əliyevdən Naxçıvanda yeni mərkəzin yaradılması ilə bağlı - SƏRƏNCAM

İlham Əliyevdən Naxçıvanda yeni mərkəzin yaradılması ilə bağlı - SƏRƏNCAMPrezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.
22-11-2019, 16:40
Geri qayıt