Fuad Ələsgərov, Natiq Əmirov, Zeynal Nağdəliyev və Məhərrəm Əliyevlə bağlı sərəncam

Fuad Ələsgərov, Natiq Əmirov, Zeynal Nağdəliyev və Məhərrəm Əliyevlə bağlı sərəncam

Fuad Ələsgərov, Natiq Əmirov, Zeynal Nağdəliyev və Məhərrəm Əliyevlə bağlı sərəncamFuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Bolgexeber.com xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilib.

Prezidentin daha bir sərəncamı ilə Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib.

İlham Əliyev həmçinin Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.
29-11-2019, 18:45
Geri qayıt