Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinatDaxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şahlar Cəfərov Tovuz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Tovuz RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Elçin Əsgərov rayonun Regional Mühafizə İdarəsinə rəis təyin edilib.
3-12-2019, 09:45
Geri qayıt