BolgeXeber.Com » Siyasət » Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub – İran rəsmisi

Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub – İran rəsmisi

19-07-2019, 15:21
Oxunub: 3 224 Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub – İran rəsmisi“İran heç bir pilotsuz təyyarəsini itirməyib. ABŞ bəlkə də öz pilotsuz təyyarəsini vurub.”

SalamNews xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi deyib.

Öz rəsmi twitter səhifəsində Trampın iddiasına münasibət bildirən İran rəsmisi yazıb ki, ölkəsi heş bir pilotsuz təyyarəsini itirməyib.

O bildirib ki, ola bilsin ABŞ səhvən öz dronunu vurub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün deyib ki, Fars Körfəzində ABŞ hərbi gəmilərinə həddən artıq yaxınlaşan bir İran PUA-ı vurulub.