BolgeXeber.Com » Siyasət » Dmitri Medvedev: "Ola bilsin meşələri qəsdən yandırıblar"

Dmitri Medvedev: "Ola bilsin meşələri qəsdən yandırıblar"

1-08-2019, 12:09
Oxunub: 2 662 Dmitri Medvedev: "Ola bilsin meşələri qəsdən yandırıblar"Rusiya hökumətinin başçısı Dmitri Medvedev Sibirdə meşələrin qəsdən yandırılması versiyasının yoxlanılması ilə bağlı Baş Prokurorluğa və İstintaq Komitəsinə tapşırıq verib

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə D.Medvedev avqustun 1-də Çitada keçirilən müşavirədə bildirib. Onun sözlərinə görə, meşələrin qanunsuz kəsilməsini gizlətmək üçün qəsdən yanğın törədə bilərlər: Tapşırığa əsasən, yoxlama cari il noyabrın 1-dək başa çatdırılmalıdır. Qeyd edək ki, avqustun 1-də gecə saatlarında ABŞ prezidenti Donald Tramp Sibirdəki yanğının söndürülməsinə yardım etmək məqsədi ilə Rusiya prezidenti Vladimir Putinə zəng edib. Xatırladaq ki, Sibirdə 3 mln. ha-dan artıq meşə sahəsi yanır