BolgeXeber.Com » Siyasət » Peskov Putinin yumruq göstərməsini belə izah etdi

Peskov Putinin yumruq göstərməsini belə izah etdi

4-11-2019, 13:03
Oxunub: 4 532 Peskov Putinin yumruq göstərməsini belə izah etdi"Rossiya 1" telekanalında "Moskva. Kreml. Putin" proqramında Kremlin sözçüsü Dmitri Peskov Rusiya lideri Vladimir Putinin Kalininqrad vilayətində bir velosiped yolu qurmaq üçün vəsait tələbi qarşısında gülərək yumruq göstərməsinə aydınlıq gətirib

Qaynarinfo xəbər verir ki, Kremlin sözçüsü Putinin bu hərəkətini "mükəmməl şəkildə ifadə edilmiş bir referans” olaraq xarakterizə edib.

Xatırladaq ki, keçən cümə axşamı Kalininqrad bölgəsində olan Putin yerli məmurlarla qeyri-rəsmi görüşü zamanı 41 kilometrlik velosiped yolu qurmağı planlaşdırdığını və bunun 451 milyon rubla (təxminən 13,8 manat) başa gələcəyini deyən "Kurskskaya Kosa" adlı milli park müdirinə zarafatla yumruq göstərib.

Bundan sonra Rusiya lideri bu reaksiyasının səbəbini belə xahişlər zamanı əvvəlcə fərqli rəqəmlər səsləndirilməsi, ancaq gələn sənədlərdə rəqəmlərin çox fərqli olmasıyla izah edib.