BolgeXeber.Com » Siyasət » İlham Əliyev Sumqayıtda

İlham Əliyev Sumqayıtda

21-11-2019, 14:53
Oxunub: 4 183 İlham Əliyev SumqayıtdaNoyabrın 21-də Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

Dövlətimizin başçısı Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

14:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib.

14:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə geniş nitq söyləyib.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Şöhrət” ordenli Əməkdar müəllim Ofeliya Babayeva, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, 1 nömrəli poliklinikanın baş həkimi Arzu Bəndəliyeva, Əməkdar inşaatçı Maqsud Maqsudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov çıxış ediblər.

14:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.