BolgeXeber.Com » Siyasət » Bələdiyyə seçkiləri ilə bağlı bu prosedurlar başa çatır

Bələdiyyə seçkiləri ilə bağlı bu prosedurlar başa çatır

28-11-2019, 09:32
Oxunub: 2 807 Bələdiyyə seçkiləri ilə bağlı bu prosedurlar başa çatırAzərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti bu gün başa çatır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi səsvermə gününə 45-25 gün qalanadək 2019-cu il noyabrın 8-dən 28-dək (noyabrın 28-i də daxil olmaqla) verilir.

Bundan əlavə səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti başa çatır. Qeydiyyatdan çıxma (səsvermə) vəsiqələri səsvermə gününə 25 gün qalanadək, 2019-cu il noyabrın 28-dək (noyabrın 28-i də daxil olmaqla) dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilir.

Həmçinin noyabrən 28-də hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşır. Dəqiqləşdirmə dairə və məntəqə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 25 gün qalanadək, 2019-cu il noyabrın 28-də yekunlaşır.

Bununla yanaşı məntəqə seçki komissiyaları tərəfindən yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə gününə azı 25 gün qalanadək, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra başa çatmalıdır.

Məntəqə seçki komissiyaları tərəfindən səsvermənin yeri və vaxtı haqqında KİV və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi də səsvermə gününə azı 25 gün qalanadək, yəni 2019-cu il noyabrın 28-də başa çatır.