Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi-FOTO
17-01-2020, 20:52
Oxunub: 4 040
Milli Məclisə növbədənkənar seçkilərinə 60 saylı Salyan – Neftçala seçki dairəsindən Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi. Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi
Xələc kəndində keçirilən görüşdən öncə Fəzail Ağamalı 2016-cı ilin aprel döyüşlərində şəhid olan Baş leytenant Rəşid Mehdiyevin cox saylı seçicilərin iştirakılə ata ocağında oldu. Şəhidin atası Rövşən Mehdiyevlə birgə kəndin Şəhidlər Xiyabanı ziyarət edildi.
Onların ruhuna dualar oxundu. Daha sonra Xələc kəndində seçicilərlə görüş keçirildi. Fəzail Ağamalı son dörd ildə deputatlıq fəaliyyəti və ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin önəmili tərəfləri üzərində dayandı. Seçicilərin rəy və təklifləri ətrafında fikir mübadiləsi aparıldı və seçicilər qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini söyləyib ona uğurlar arzuladılar.
Daha bir görüş seçki dairəsinin ərazisində yaşayan Qarabağ qazilərilə keçirildi. 60-dan çox qazinin iştirak etdiyi görüşdə ölkə prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci Vitse prezidenti xanım Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdikləri diqqət və qayğı minnətdarlıq hissilə qeyd olundu. Eyni zamanda onlar tərəfindən qaldırılan bir sıra problemlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə qazilər Fəzail Ağamalını dəstəklədiklərini vurğulayıb, ona seçkilərdə qələbə arzuladılar. Yüksək səviyyədə keçirilən hər iki görüşün foto şəkillərini Sizə təqdim edirik.
Ana Vətən Partiyasının
Mətbuat Xidməti
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər