İlham Əliyev: "Prezident Administrasiyasında yeni insanlar lazımdır"
23-01-2020, 10:20
Oxunub: 2 938
2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibi ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacaq”.
Bolgexeber.com "İnterfaks Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Davos Forumu çərçivəsində "Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda bildirib.
"Gələn ay əhalinin etibar etdiyi adamları seçmələrini təmin etmək üçün erkən parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra parlament islahatların çox vacib bir hissəsi olacaq”, - deyə İlham Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan qonşu ölkələrlə bağlı dostluq siyasəti yürüdür, "amma milli maraqlar hər şeydən üstündür”.
"Biz siyasi-iqtisadi sahədə çox ciddi islahatlar aparmağa müvəffəq olduq. Nailiyyətlərimiz Ümumdünya İqtisadi Forumun qiymətləndirilməsi və Davos Forumun işində öz əksini tapıb. İnfrastruktur, yolların keyfiyyəti sahələrində- bu göstərici üzrə dünyada 27-ci yerdəyik, çox nailiyyət əldə etdik”, - deyə Azərbaycan Prezidenti söyləyib.
İlham Əliyev həyata keçirilən islahatlar çərçivəsində hökumətin tərkibinin yeniləndiyini bildirib:
"Hökumətdə yeni simalar var. Onlar müasir dünyagörüşləri olan yüksək təhsilli gənclərdir. Mən dəfələrlə demişəm ki, XXI əsrdə müvəffəqiyyət əldə etmək yalnız XX əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də Prezident Administrasiyasında yeni insanlar lazımdır. Burada həmçinin böyük dəyişikliklər baş verib”.
Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu yanvarın 21-də başlayıb və yanvarın 24-dək davam edəcək.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər