BolgeXeber.Com » Siyasət » İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib

İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib

25-01-2020, 13:03
Oxunub: 3 263 İlham Əliyev türkiyəli həmkarına başsağlığı veribAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Bolgexeber.com
xəbər verir ki, dövlətimizin başçısı Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərin onu son dərəcə sarsıtdığını bildirib.

“Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.