BolgeXeber.Com » Siyasət » Bir namizədin SİRRİ - Ya rəbb, de görüm Qabil Məmmədov onda harda idi

Bir namizədin SİRRİ - Ya rəbb, de görüm Qabil Məmmədov onda harda idi

28-01-2020, 14:47
Oxunub: 6 402 Bir namizədin SİRRİ - Ya rəbb, de görüm Qabil Məmmədov onda harda idiAzərbaycanda parlament seçkilərinin təşviqat mərhələsi davam edir


Müşahidələr prosesin rəvan və qalmaqalsız keçdiyini göstərir. Xalq arasında nüfuzu olan insanlar imza toplayıblar, namizədlikləri qeydə alınıb və seçki kampaniyasını davam etdirirlər

Elə Mərkəzi Seçki Komissiyası (MSK) da prosesdə ciddi qanun pozuntularının qeydə alınmadığını açıqlayıb.

Amma bir neçə nəfər var ki, ölkədəki seçki prosesinə kölgə salmağa cəhd edirlər. Düzdür, onların bu cəhdi heç bir nəticə verən deyil, çünki növbədənkənar parlament seçkiləri Azərbaycanda aparılan geniş islahatların tərkib hissəsidir.

Seçki kampaniyasına kölgə salmağa cəhd edənlərdən biri də ehtiyatda olan general-mayor Qabil Məmmədovdu. Tərcümeyi-halına diqqət yetirəndə məlum olur ki, o 1995-ci ildən Azərbaycan Ordusunda xidmət edib.

Nəzərə alaq ki, 1988-ci ildən Ermənistanın və Dağlıq Qarabağdakı erməni separatçılarının Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü başlayıb, azərbaycanlılar doğma yurd-yuvalarından didərgin salınıblar. Belə bir vəziyyətdə hərb sənətindən bilgisi olan, əyninə hərbçi paltarı geyən bütün azərbaycanlılar müxtəlif ölkələrdən Vətənə qayıdaraq cəbhəyə yollanırdılar. Onların bəziləri yüksək vəzifələrindən, bir qismi yaxşı şəraitindən imtina edib geri dönürdülər, digərləri təhsilini yarıda dayandırıb Azərbaycana qayıdırdılar.

Həmin dövrdə Qabil Məmmədov nə edirdi? O, Moskvada M.B.Frunze adına Hərbi Akademiyanın isti auditoryalarında oturub gələcək karyerası haqqında düşünürdü. Cəbhədə gedən döyüşlər, düşmənin hərbi təcüvüzü, Azərbaycan torpaqlarının işğal olunması bu gələcək generalın heç vecinə də deyildi.

Bəs Qabil Məmmədovun tərcümey-halındakı 1995-ci ilə niyə diqqət etməliyik? Çünki 1994-cü ildə Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalanıb. Hətta buna baxmayaraq Q.Məmmədov Azərbaycana dönməyə tələsməyib. O, gözləyib cəbhədə silahlar müvəqqəti susandan, döyüşlər tam dayanandan sonra geri qayıdıb.

Vətənin dar günündə Moskvada oturan Q.Məmmədov vəzifə karyerasında ildırım sürəti ilə yüksəlib. Elə hərbi rütbəni də o formada alıb. Azərbaycan Ordusunda cəmi 7 il xidmət edəndən sonra general-mayor rütbəsinə yiyələnib. Amma görünür ona himayadarlıq edənlər də bir müddət sonra səhv etdiklərini anlayıblar. O, general-mayor rütbəsi alandan cəmi iki il sonra korpus komandirliyindən azad olunub.

İndi isə Qabil Məmmədov yeni ampulada meydana çıxıb və 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyini verib. Əslində burada bir qəbahət yoxdur. Çünki Azərbaycanın digər vətəndaşları kimi ehtiyatda olan general-mayor da Milli Məclisin üzvlüyünə namizəd ola bilər. Amma ehtiyatda olan general-mayorun açıqlamalarından aydın olur ki, onun niyyəti heç də seçkiyə qatılıb, namizəd kimi mübarizə aparmaq deyil. Q.Məmmədov ölkədə islahatlar aparıldığı bu dönəmdə cəmiyyətdə formalaşan pozitiv gözləntilərə kölgə salmağa cəhd edir.

Onun son günlər ortaya qoyduğu mövqe islahatların aparıldığı bir dövrdə seçki kampaniyasına kölgə salmaq üçün dəridən qabıqdan çıxmasıdır.

Q.Məmmədov deputatlığa namizədliyini irəli sürüb. Amma lazım olan cəmi 450, təkrar edirik 450 imzanı toplaya bilmədiyinə görə qeydə alınmayıb. İndi o, iddia edir ki, güya bu qərar qanunsuzdur. Güya onun Lənkəranda böyük nüfuzu var, ona görə də namizədliyi qeydə alınmayıb. Adama deyərlər ki, əgər elə hörmətlisənsə niyə 450 imzanı toplaya bilməmisən?

Hətta radikal müxalifət də parlament seçkisi kampaniyasının qanunvericiliyə uyğun formada getdiyini, namizədlərin maneəsiz imza topladıqlarını və qeydə alındıqlarını təsdiqləyir. Belə bir vəziyyətdə Q.Məmmədov hər gün bir əsasısz bəyanat verir, seçkiyə ləkə yaxmağa çalışır.

Görünür, Vətənin ağır günlərində Moskvada oturan, atəşkəs dövründə geri qayıdıb yağlı vəzifələrdə işləyən Q.Məmmədov elə bilir ki, ölkədəki bugünki sabitlik, əmin-amanlıq asan qazanılıb. Əgər o Azərbaycanın yaşadığı ağır günləri görsəydi, indiki vəziyyətin qədrini bilərdi. "Xəbərim.com"