Deputat İlham Əliyevin cənub bölgəsinə səfərindən danışdı
6-09-2013, 11:30
Oxunub: 8 969
Nəriman Əliyev: “Dünyada çox az sayda ölkə rəhbəri var ki, vaxtaşırı olaraq regionlara səfər edib, əhalini şəxsən dinləyir”
“İlham Əliyevin regionlara hər səfəri böyük sevinc hissi ilə qarşılanır. Prezidentin cənub bölgəsinə, o cümlədən Masallı rayonuna səfəri biz masallılarda ruh yüksəkliyi yaradır”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin Masallıdan olan deputatı Nəriman Əliyev söyləyib.
Onun sözlərinə görə, ölkə başçısının regionlara səfərləri İlham Əliyevin Azərbaycan xalqına qayğısının təzahürüdür: “Dünyada çox az sayda ölkə rəhbəri var ki, vaxtaşırı olaraq regionlara səfər edib, əhalini şəxsən dinləyir. İlham Əliyev ölkə başçısı seçiləndən bəri artıq neçənci dəfədir ki, cənub bölgəsinə və o cümlədən Masallı rayonuna səfər edir. Rayonumuzdakı strateji müəssisələrin açılışında cənab İlham Əliyev şəxsən iştirak edib. Bu təkcə Masallı rayonuna və oranın sakinlərinə deyil, bütün rayonlara və vətəndaşlara olan etimaddır. Məhz elə bu səbəbdəndir ki, xalqımız cənab İlham Əliyevə və onun rəhbərliyilə aparılan islahatlara dəstək verir. Bu islahatların iştirakçısına çevrilib”.
Azərbaycan xalqının qarşıdakı seçkilərdə elliklə İlham Əliyevə səs verəcəyini deyən millət vəkili bildirdi ki, 9 oktyabr seçkiləri xalqın növbəti qələbə günü olacaq: “Çoxsaylı yerli və beynəlxalq dairələr Azərbaycanda keçirilən seçkilərdə müxtəlif təxribatçı niyyətlərini işə salsalar da, heç bir nəticəsi olmadı. O səbəbdən ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan xalqı seçkilərlə bağlı qəti mövqeyini ortaya qoyub. Bu mövqe isə cənab İlham Əliyevə dəstək verməkdən ibarətdir”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər