BolgeXeber.Com » Bölgə » Növbəti səyyar qəbul-görüş Tərtərin İsmayılbəyli kəndində oldu-FOTO

Növbəti səyyar qəbul-görüş Tərtərin İsmayılbəyli kəndində oldu-FOTO

31-05-2019, 18:46
Oxunub: 5 250 Növbəti səyyar qəbul-görüş Tərtərin İsmayılbəyli kəndində oldu-FOTOQəbulda,Tərtər rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər

Bolgexeber.com xəbər verir ki,əvvəlcə İsmayılbəyli kənd İƏD üzrə nümayəndə Aslan Babayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Qeyd olundu ki, İsmayılbəyli kəndinin 1220 hektar ərazisi, 1586 nəfər sakini var. Ərazidə 1 tam orta məktəb, mədəniyyət evi, tibb məntəqəsi, 1 kitabxana, 1 EATS fəaliyyət göstərir.
Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Cari ildə kənddə 175 hektar buğda, 55 hektar arpa, 230 hektar pambıq, 58 hektar günəbaxan, 5,5 hektar şəkər çuğunduru, 270 hektar yonca, 17 hektar kartof, 35,5 hektar tərəvəz, 4 hektar lobya, 15 hektar qarğıdalı əkilib, hazırda kənddə 35 qutu ipəkqurdu saxlanılır.
Ötən il kəndə 964 kq barama, 513 ton pambıq, 308 ton taxıl, 38 ton çuğundur istehsal edilib.
Sonra vətəndaşların müraciətləri dinləndi. Kənd ağsaqqalı Lətif Məmmədov məktəb üçün müasir tipli yeni binanın tikilməsi, məcburi köçkün Namiq Rəhimov icarəyə torpaq götürməsi, Firəddin Hüseyinov ona həyətyanı torpaq sahəsinin verilməsi, Nailə Zeynalova həyətlərində olan çinar ağacının evlərinə təhlükə törətdiyindən kəsilib götürülməsi ilə bağlı müraciət etdilər.
Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinləri qarşıdan gələn ramazan bayramı münasibəti ilə təbrik etdi, əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.
Rayon rəhbəri qeyd etdi ki, İsmayılbəyli kəndi fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur, küçələrə içməlu su üçün 16 ədəd bulaq çəkilib. Kəndə gələn yolun 3 km-nə asfalt salınıb, 2 km kəndarası yola çınqıl döşənib, yolun hər iki kənarına 1500 ədəd ağac əkilib. 6 km kəndarası və sahələrarası arx lildən təmizlənib, iki ədəd transformator təmir olunub. Kənddə yeni məktəb binasının tikilməsinin Dövlət Proqramına salınması xəbəri kənd sakinlərinin alqışları ilə qarşılanıb.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Növbəti səyyar qəbul-görüş Tərtərin İsmayılbəyli kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Tərtərin İsmayılbəyli kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Tərtərin İsmayılbəyli kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Tərtərin İsmayılbəyli kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Tərtərin İsmayılbəyli kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Tərtərin İsmayılbəyli kəndində oldu-FOTO