Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Yay məktəbi”-FOTO
21-06-2019, 18:43
Oxunub: 5 788
Yəqin ki, çoxlarının yadındadı “Uşaqların sevinci bizim sevincimizdir” devizi altında isti yay aylarında kiçik yaşlı uşaqların asudə vaxtının səmərəli keçməsi üçün keçən il Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Yay məktəbi” açılmışdı
Bir çox uşaqların və valideyinlərin istəyini nəzərə alaraq yenidən Heydər Əliyev Mərkəzində “Yay məktəbinə” start verildi. Belə ki, hələ məktəblər tətilə bağlanmamış elanlar hazırlandı. Elanları nəticəsi olaraq uşaqlar sevinclə 19.06.2019-cu il tarixindən yay məktəbinə gəldilər. Mərkəzin mehriban, təhsilli kollektivi uşaqların yay məktəbini səmərəli, əyləncəli, maraqlı keçirmələri üçün var qüvvələri ilə çalışırlar.Yay məktəbində 4 yaşından 10 yaşınadək uşaqlar iştirak edir. Onlara yaşlarına uygun dərs proqramları hazırlanıb, hətta bəziləri üçün individual deyə bilərik. Həftənin 4 günü hər gün 4 saat olmaqla uşaqlara ingilis, rus dili, riyaziyyat dərsi keçilir, yazı, imla yazdırılır, müxtəlif oyunlar, şahmat, rəngli kağızlardan, plastilindən fiqurlar, əl işləri düzətmək öyrədilir. Rəqs dərsləri keçirilir, mahnılar, şeirlər öyrədilir. Parkda hər səhər dərsə başlamazdan əvvəl səhər gimnastikası edilir. Uşaqlar həmçini oyun parkında, Uşaq və Ailələrə Dəstək Mərkəzində əyləncəli vaxt keçirirlər. Uşaqlara tez-tez mərkəzin kino zalında cizgi filmləri göstərilir. Kiçik yaşlı uşaqlar həmçini həvəslə Mərkəzdə yerləşən 2 saylı kitabxana filialına da üzv olub maraqlı nağıl, hekayə kitabları mütailə edirlər. Uşaqlarla müxtəlif dəyirmi masalar: “Vətən və vətənpərvərlik”, “Yaşlılara hörmət və qayğı”, “Uşaq hüquqları”, “Evdə, məktəbdə, küçədə özünü necə aparmalı” və sair söhbətlər, sual-cavablar keçirilir. Dərslər əvvəlcədən planlaşdırıldığı kimi sentyabr ayının 15-nə qədər davam edəcək.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzi olaraq çalışırıq ki, uşaqlara yadda qalan yay tətili bəxş edək, həm də insanpərvər, savadlı, tərbiyyəli uşaqların yetişməsində bizim də öz payımız olsun.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər