BolgeXeber.Com » Bölgə » Qəbələdə toydan sonra zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin sayı 75-ə çatıb

Qəbələdə toydan sonra zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin sayı 75-ə çatıb

6-08-2019, 09:55
Oxunub: 6 011 Qəbələdə toydan sonra zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin sayı 75-ə çatıbQəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib.

Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb.

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.