BolgeXeber.Com » Bölgə » Tərtər ağsaqqalları icra başçısı haqda mətbuatda səslənən ittihamlara etiraz edir

Tərtər ağsaqqalları icra başçısı haqda mətbuatda səslənən ittihamlara etiraz edir

8-11-2019, 11:19
Oxunub: 4 295 Tərtər ağsaqqalları icra  başçısı haqda mətbuatda səslənən ittihamlara  etiraz edir"Tərtər günü-gündən abadlaşır ,gözəlləşir"

Bir müddət əvvəl bəzi “YouTube” kanallarında Tərtər Rayon icra hakimiyyətinin başçısı haqda ayrı-ayrı şəxslər tərəfindən ittihamlar səslənib.
Bu ittihamlarla razılaşmayan bir qrup Tərtər sakini internetdə gedən bu ittihamlara öz etirazını bildirir. Onların sözlərinə görə, vaxtaşırı mətbuatda Tərtər rayonu və onun rəhbərliyinə qarşı bu cür məqsədyönlü, qarayaxma xarakterli yazılar dərc olunur .
Mətbuatda gedən böhtan xarakterli materiallara etiraz edən rayon ağsaqqallar və rayon sakinləri Bolgexeber.com-a müsahibəsində bildiriblər ki , Tərtər günü-gündən abadlaşır , gözəlləşir və onlar Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun cəbhə bölgəsində yerləşən rayonda gördüyü abadlıq və quruculuq işlərindən razıdırlar.Sakinlər bildirir ki, Müstəqim Məmmədov mütəmadi olaraq sakinlərlə görüşür,daima onların qayğısına qalır,problemləri ilə maraqlanır və onların problemlərini tez bir zamanda həll olunmasına çalışır.
Rayona gələn qonaqlar da hər zaman məmnunluğunu bildirir.
Eyni zamanda sakinlər də mətbuatda gedən yazılara etirazını bildirir və söylənilənlərin rayondakı reallığı əks etdirmədiyini vurğulayır. Sonda rayon sakinləri ölkə mətbuatına müraciət edərək, Tərtər haqqında ittihamlar dərc edərkən reallığı göz önünə almağı və obyektivliyi qorumağı xahiş ediblər.