XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına həvəslə qoşulublar

Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına həvəslə qoşulublar“Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiyaya cəbhə bölgəsində yerləşən Füzuli rayonunun məktəbliləri də böyük həvəslə qoşulublar.

Noyabrın 18-də Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayonunun məktəblilərinin Lənkəran-Astara-Masallı istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, respublikamızın bölgələrinin sosial-iqtisadi inkişafından, aparılan geniş tikinti-quruculuq işlərindən, ölkəmizdə gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Odur ki, tur-aksiya məktəblilərin böyük marağına səbəb olacaq, onların yaddaşında silinməz iz qoyacaq.

Mərasimdə musiqi nömrələri və bədii kompozisiya nümayiş olunub. Rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və valideynlər məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər. Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, sonra onlar üçün ayrılmış avtobusla Cənub bölgəsinə yola düşüblər.
Bolgexeber.com
Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına həvəslə qoşulublar
Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına həvəslə qoşulublar
Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına həvəslə qoşulublar
Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına həvəslə qoşulublar
Bölmə: Bölgə | 18 noyabr 2019 10:54





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: