BolgeXeber.Com » Bölgə » Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər

Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər

12-12-2019, 18:09
Oxunub: 3 130 Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilərXalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsini daim uca tutan tərtərlilər onun vəfatınının 16-cı ildönümünü ehtiramla yad ediblər.

Dekabrın 12-də Ümummilli Liderin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini altı mindən çox insan ziyarət edib. Rayon ictimaiyyəti, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, ərazidəki N saylı hərbi hissənin şəxsi heyəti dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, Tanrıdan ona rəhmət diləyib, haqqında iftixar hissi ilə söz açıblar.

Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzinə gələrək, Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə tanış olublar. Burada keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, xilaskarlıq rolundan, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin adı Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. O, əsl azərbaycanlı, dünya şöhrətli siyasətçi, nadir şəxsiyyət, təcrübəli dövlət başçısı, dahi rəhbər idi. Bu günkü Azərbaycan, dövlətçiliyimiz, müstəqilliyimiz Heydər Əliyevin adı ilə bağlı olmaqla yanaşı, onun müdrik siyasətinin, parlaq zəkasının məhsuludur. Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısıdır. Müstəqil Azərbaycan isə Heydər Əliyevin şah əsəridir. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu iz heç vaxt silinməyəcəkdir.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə ölkənin hər yerində olduğu kimi Tərtər rayonun iqtisadiyyatında da böyük dönüş yaranıb. Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasından ibarət qəsəbə salınıb, rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng su anbarının tikintisi ilə maraqlanıb, rayonda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər
Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər
Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər
Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər
Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər
Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər