BolgeXeber.Com » Bölgə » Şimal bölgəsində temperatur mənfi 12 dərəcəyədək enib

Şimal bölgəsində temperatur mənfi 12 dərəcəyədək enib

16-01-2020, 10:24
Oxunub: 7 797 Şimal bölgəsində temperatur mənfi 12 dərəcəyədək enibÖtən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

APA-nın verdiyi məlumata görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 13 sm, Xaltan kəndində 5 sm, rayon mərkəzində 3 sm, Qusarda 4 sm, Xızının Altıağac qəsəbəsində 5 sm-ə çatıb.

Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burda temperatur mənfi 12 dərəcəyədək enib.