Şimal bölgəsində temperatur mənfi 12 dərəcəyədək enib

Şimal bölgəsində temperatur mənfi 12 dərəcəyədək enib

Şimal bölgəsində temperatur mənfi 12 dərəcəyədək enibÖtən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

APA-nın verdiyi məlumata görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 13 sm, Xaltan kəndində 5 sm, rayon mərkəzində 3 sm, Qusarda 4 sm, Xızının Altıağac qəsəbəsində 5 sm-ə çatıb.

Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burda temperatur mənfi 12 dərəcəyədək enib.
16-01-2020, 10:24
Geri qayıt