BolgeXeber.Com » Şou-Biznes » Arvadı belə saxlayarlar

Arvadı belə saxlayarlar

7-07-2010, 14:20
Oxunub: 6 608
Sarkozini həyat yoldaşı Karla Brunini “Parisdə gecə yarısı” filmində çəkilir

Tanınmış kinorejissor Vudi Allen yeni filminin çəkilişlərinə başlayıb. “Parisdə gecə yarısı” filmində Fransanın birinci xanımı Karla Bruni-Sarkozi də çəkilir.

Yeni ekran əsərində, həmçinin tanınmış fransalı aktrisa Marion Kotiyar da rol almışdır. Romantik komediya janrında çəkilmiş filmdə ötən əsrin 20-ci illərində Fransaya gələn bir ailənin başına gələnlərdən bəhs edilir.

Xatırladaq ki, Karla Bruninin fotomodellik təcrübəsi olsa da, kinematoqrafiyada o qədər də peşəkar deyildir. Bununla belə, o, 1994-cü ildə Robert Oltmenin moda dünyasına həsr olunmuş satirik filmində aktrisalıq bacarığını sınayıb.