BolgeXeber.Com » Şou-Biznes » Elşad həbs edildi

Elşad həbs edildi

21-02-2013, 12:25
Oxunub: 4 622 Elşad Xose həbs olunub. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, repçi bir neçə gün əvvəl idarənin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları saxlayıblar. Onun üzərindən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. Elşad Xose mobil telefonuna olunan zənglər də cavab verməyib.

Xatırladaq ki, Elşad Xose bir neçə il əvvəl də narkotiklə tutularaq məhkum olunmuşdu.