BolgeXeber.Com » Şou-Biznes » Kipri qarışdıran model-Fotolar

Kipri qarışdıran model-Fotolar

22-02-2013, 16:35
Oxunub: 6 751 KKTC-də iqtisadi böhrana görə çətin günlər yaşayan Lefkoşa bələdiyyəsinin yoxsullara kömək fondundan idman klubları ilə sənətçilərə ödəniş etdiyi iddia edilib
Bələdiyyə Başçısı Camal Bulutoğulları bu iddianı rədd edərkən, KKTC-dəki yerli mediada, yardımların miqdarı və kömək edilən şəxslərin siyahıları nəşr edilib. "Yoxsullara kömək" fondundan Seniha Qanadlı adlı modelə də ödəmə etdiyi iddiası, adanı qarışdırıb. Cəsur erotik pozaları ilə tanınan və KKTC-də bir modellik agentliyinin sahibi olan Seniha Qanadlı, daha əvvəl də bir nazirin təşəbbüsü ilə Güzəlyurtdakı məktəbə müəllimə olaraq təyin ediləməsi də mübahisələrə səbəb olmuşdu. Qanadlı bu müzakirələr nəticəsində, 5 gün davam etdirdiyi müəllimlik vəzifəsindən ayrılmaq məcburiyyətində qalmışdı.

Strategiya.az