Röyaya efir qadağası qoyuldu (VİDEO)
25-06-2019, 17:22
Oxunub: 5 468
Əməkdar artist Röya Ayxana efir qadağası qoyulub.
Bolgexeber.com axşam.az-a istinadən xəbər verir ki, artıq müğənninin klipləri "MTV Azərbaycan” kanalında yayımdan götürülüb. Həmçinin, kanalın rəhbəri Rəhim Rəhimli sənətçi haqda informasiyaların verilməsinə də qadağa tətbiq edib.
Bildirilir ki, buna səbəb Röya Ayxanın "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” proqramında işlətdiyi fikirlər olub. Həmin verilişdə sənətçi "Onsuz da bütün mahnılar "Youtube”da izlənilir. Klip saatı varsa, nümayiş etdirsinlər. Bir kanal lazımdır ki, orada kliplər yayımlansın. Amma ən azından "Xəzər” kimi səviyyəli bir kanal olsun” replikasını atıb.
Həmin verilişdən dərhal sonra isə "MTV Azərbaycan”da Röya ilə bağlı məlum qərar verilib.
Qeyd edək ki, Rəhim Rəhimli sözügedən kanalda müğənnilər Kərim Abasov və Niyam Salaminin də efirdə görünməsinə qadağa qoyub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər