BolgeXeber.Com » Şou-Biznes » Brilliantdan Röyaya cavab gecikmədi

Brilliantdan Röyaya cavab gecikmədi

3-12-2019, 14:14
Oxunub: 4 830 Brilliantdan Röyaya cavab gecikmədiXalq artisti Röya Ayxanın “3D” proqramında həmkarı Brilliant Dadaşovanın fikirlərinə qarşı çıxması tərəflər arasında gərginliyin yaranması ilə nəticələnib.

R. Ayxanın sözügedən verilişdə “Mənə maraqlıdır, Brilliant xanım daha sonra erməni musiqiçiyə yazdığı “super” şərhini niyə pozdu? Deməli, o, öz etdiyinə inanmaq istəmədi. Biz nə qədər danışsaq da, mənim millətimi incidənlərə “super” yaza bilmərəm. Qarabağlıyam, bütün nəslim öz vətənindən uzaq düşüb, onların əziyyətini çəkirəm. Bu qədər problemin arasında onlara “super” yazacam? İstəyirsə, mahnımı əla oxusun! Amma belə etmərəm”,- deyib.

Dadaşova isə big.az-a açıqlamasında şərhi silmədiyini, Röyanın efirdə çıxışı ilə tanış olduqdan sonra şəxsi münasibətini açıqlayacağını qeyd edib.

Xalq artisti bir neçə saat sonra instaqram səhifəsində yeni layihəsinin görüntülərini paylaşaraq ad çəkmədən söz atıb. İddia olunur ki, Dadaşova həmin fikirlərini Röyaya şamil edib: “Səhnəyə çıxdığım ilk gündən bu günədək təriflədiyim hər kəs fürsət tapıb kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizə güvənərək təsəlli tapdım”.