BolgeXeber.Com » Şou-Biznes » “Bu yaşdan sonra...” - Lalə Məmmədova ikinci dəfə evlənmək istəyir

“Bu yaşdan sonra...” - Lalə Məmmədova ikinci dəfə evlənmək istəyir

4-12-2019, 14:08
Oxunub: 4 928 “Bu yaşdan sonra...” - Lalə Məmmədova ikinci dəfə evlənmək istəyirƏməkdar artist Lalə Məmmədova ikinci dəfə evlənmək istədiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, o bu haqda bu haqda “Xəzər” TV-də yayımlanan "Hər şey daxil" verilişində deyib:

"Yəqin ki, o insan hələ qarşıma çıxmayıb. Yenidən ailə qurmaq istəyirəm. Qadınlar olmayan bir şey haqda düşünmür. Hazırda mənə maraqlı olan övladlarımdır, övladlarımın təhsili ilə maraqlanıram. Amma niyə də olmasın? Amma gərək məni olduğum kimi qəbul etsin, çünki bu yaşdan sonra dəyişə bilmərik”.

Əməkdar artist “Kasıba gedərdinizmi?” sualını da cavablayıb:

“İnsan sevsə, gözünə görünməz. Səni olduğun kimi qəbul edirsə, sənə diqqət, qayğı göstərən biri olsa, qalan şeylər gözünə görünməyəcək. Amma bu gün mən artıq ayaq üstə dura bilirəmsə, özüm-özümü təmin edə bilirəmsə, heç olmasa mənim səviyyəmdə olmalıdır. Demirəm, məndən üstün olsun, heç olmasa, mənim səviyyəmdə olmalıdır. Çünki istər-istəməz o fərq həyatda özünü göstərir”.

Qeyd edək ki, əməkdar artist Lalə Məmmədova İlham Qafarov adlı şəxslə ailəli olub. Onların bu nigahdan Nərgiz və Çinarə adında qızları var.