Bu, Rusiyada fəaliyyət göstərən “AzərRos” təşkilatının keçmiş rəsmisi Mirəşrəf Fətiyevdir
Bir müddət əvvəl İsveçdə verdiyi konsertlə gündəmə gələn Röya Ayxanın konsertini həmin ölkədə kimin təşkil etməsi məlum olub. Belə ki, Röyanı İsveçə Rusiyada fəaliyyət göstərən “AzərRos” təşkilatından istefası və Milyarderlər İttifaqının üzvü Söyün Sadiqovla münasibətləri ilə vaxtaşırı olaraq gündəmə gələn iş adamı Mirəşrəf Fətiyev aparıb.
M.Fətiyev açıqlamasında bildirib ki, konsert Güney Azərbaycanda baş verən zəlzələdən zərər çəkənlərə yardım məqsədi daşıyıb. Röya Ayxandan başqa bu məqsədlə İsveçdə Yaqub Zurufçunun da konserti təşkil edilib.