
Qalmaqallı şeirləri ilə də tez-tez gündəmə gələn xanım müğənnimiz "Yeni Sabah”a açıqlamasında bu sözləri deyib:
"Gözəl şeirdir. Üslubu yaxşıdır, nəsihətdir. Əməlimizdə də göstərməliyik bu nəsihəti. Hər kəsin şeir yazmağa haqqı var. Avazı yaxşıdır, oxuduğu Quran olsa. Əslində o bu şeiri çoxdan, lap çoxdan üzə çıxartmalı idi.
Allah ona can sağlığı versin. O gün olsun ki, mən də bir bəstəkar kimi hörmətli Ziya müəllimin sözlərinə gözəl bir vətənpərvər əsər bəstələyib nota alım və onu bir şair kimi musiqimlə tarixdə yaşadım”.