Xəyanətə görə boşanan Lətifə Soyuöz: Hər adam mənimlə görüşə bilməz

Xəyanətə görə boşanan Lətifə Soyuöz: Hər adam mənimlə görüşə bilməz

Xəyanətə görə boşanan Lətifə Soyuöz: Hər adam mənimlə görüşə bilməzVokal, opera və rok ifaçısı Lətifə Soyuöz “ATV maqazin onlarla” proqramında evlilik təklifləri alması ilə bağlı maraqlı açıqlamalar verib

Oxu.Az xəbər verir ki, o, sonuncu dəfə üç ay öncə evlilik təklifi aldığını etiraf edib:
“Tez-tez evlilik təklifləri alıram. Son olaraq da üç ay öncə bu baş verdi. Amma “yox” cavabını verdim. Çünki ürəyimcə olmayan heç bir şeyi yaşaya bilmərəm. Hətta o münasibətdə pul belə rol oynaya bilməz.
Mənim üçün kiminlə yaşayacağım və səhər tezdən duranda o insanı gördüyüm zaman xoşbəxt olmağım önəmlidir. Hər adam mənimlə otura və ya görüşə bilməz”.
Lətifə oğluna özü kimi müğənni qız ala biləcəyini də bildirib.
Qeyd edək ki, Lətifə Soyuöz yeddi illik həyat yoldaşı, Türkiyə vətəndaşı Dəniz Soyuözdən onu aldatdığı üçün boşanıb.
25-11-2019, 12:41
Geri qayıt