BolgeXeber.Com » Sosial » İnternet asılılığından necə xilas olaq? – fransız psixiatr

İnternet asılılığından necə xilas olaq? – fransız psixiatr

5-02-2019, 17:57
Oxunub: 3 328 İnternet asılılığından necə xilas olaq? – fransız psixiatrFransız psixiatr və asılılıq xəstələri üzrə ekspert Laurent Karila sosial şəbəkələrə aludə olan insanların bu bəladan necə xilas olmasının yollarından danışıb

Fransız ekspert “RİA Novosti”yə verdiyi müsahibədə internetdən asılı olan insanlara vacib məsləhətlər verib.

Psixiatr qeyd edib ki, istənilən bağlılığın beş ümumi simptomu olur: nəzarətin itirilməsi, konrtroldan çıxan istək, kompulsiv davranış, uzunmüddətli istifadə və sağlamlığa zərbə vuracaq alüdə olmaq.

“Bu meyarlara diqqət yetirərkən hər hansı şeydən asılılıq olduğunu söyləyə bilərik. Bu, həmçinin sosial şəbəkələr üçün də tətbiq edilir. Bütün bu siptomları gördüyümüzdə mütəxəssisə müraciət etmək lazımdır”,-deyə “Paul-Brussse” adlı dövlət xəstəxanasının mütəxəssisi vurğulayıb.

Laurent Karila internet asılılığı ilə mübarizə üçün bəzi sadə məsləhətlər verib: “Birinci növbədə yeni mesajlar və statusların daxil olmasını göstərən funksiyanı telefonda dayandırmaq lazımdır. İkincisi sosial şəbəkələrə sərf etdiyiniz vaxtı idarə etməyiniz gərəkdir. Üçüncü məsləhət yuxuya getməzdən əvvəl sosial şəbəkələrə girməməkdir. Bu, yuxunun pozulmasına gətirib çıxarır”.

Fransız mütəxəssis sonda tövsiyyə edib ki, sosial şəbəkə istifadəçiləri qarşılarına çıxan bütün stauslara rəy bildirməkdən çəkinsinlər./faktxəbər