XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Son 11 ayda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

Son 11 ayda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHIBu il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb:

"Bu il yenidoğulan oğlan uşaqlarına ən çox qoyulan ad Yusifdir. Cari il ərzində 2231 uşağa Yusif adı qoyulub. Qız uşaqlarına ən çox qoyulan ad isə Zəhra olub. Belə ki, bu ad 2259 körpəyə qoyulub. Bu il 2055 uşağa Əli, 1767 uşağa Hüseyn, 1424 uşağa Nuray, 1321 uşağa Fatimə, 1555 uşağa Zeynəb, 1429 uşağa Aylin, 1306 uşağa Ömər və 1453 uşağa isə Məryəm adı qoyulub".

Eyni zamanda bildirilib ki, son beş ildə Yusif adı 14626 uşağa qoyulub. Zəhra adı 14070, Əli adı 11039, Hüseyn adı 10602 və Nuray adı 9909 uşağa qoyulub. Həmçinin son beş ildə 8490 uşağa Fatimə adı, 8437 uşağa Zeynəb adı, 8042 uşağa Aylin adı, 7927 uşağa Ömər, 7785 uşağa isə Məryəm adı verilib.
Bölmə: Sosial | 02 dekabr 2019 13:05





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: