Sabahdan kirayə mənzillər üçün elektron müraciətlərin qəbuluna başlanılır
21-01-2020, 16:26
Oxunub: 3 691
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində mənzil fondu əhali arasında keçirilmiş sorğu əsasında formalaşdırılıb.
Bolgexeber.com xəbər verir ki, bu barədə keçirilən brifinqdə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova məlumat verib.
“Son nəticədə Bakı, Abşeron və Sumqayıtda mənzillər alınaraq satışa çıxarılıb”, - o qeyd edib.
Xatırladaq ki, sabahdan kirayə mənzil mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna başlanılır. Ölkə prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 25 yanvar 2019-cu il tarixli fərmanı ilə Fonda həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb. İş prosesləri tam avtomatlaşdırılıb. Kirayəşinlər və yaşayış sahələrinə dair tələblər müəyyən edilib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər