Kərəm Həsənovun qeyri-peşakarlığı, yoxsa ona qarşı saymamazlıq?

Kərəm Həsənovun qeyri-peşakarlığı, yoxsa ona qarşı saymamazlıq?

3 aydır öz həllini tapa bilməyən 1 həftəlik icarə məsələsi

24 may 2013-cü ildə, yəni 3 ay bundan qabaq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şirvanda vətəndaşları qəbul edib. Bu Şirvan vətəndaşlarının içərisində “Regional İnformasiya Agentliyi”MMC-nin baş direktoru Ceyhun Abbasov da var idi. Ceyhun Abbasov bildirir ki, mən 24 mayda Kərəm Həsənov ilə vətəndaşları qəbul edərkən görüşdə oldum. Kərəm müəllimlə şəxsən görüşdüm və mənə elə gəldi ki, çox alicənab insandır. Mən də hər bir vətəndaş kimi öz xahişimi və problemimi dilə gətirərək vurğuladım ki, Şirvan şəhəri M.Ə.Rəsulzadə küç. 11 də yerləşən yaşayış binasının zirzəmisini Regional İnformasiya Agentliyinin Ofisi üçün icarəyə götürmək istəyirəm və bu barədə Mənzil Kommunal (JEK) idarəsinin direktoru Gülməmmədov Eyyub müəllimdən həmin obyektin bizə icarəyə verilməsində heç bir problem görülmədiyi haqda arayış da almışam. Görüşdə iştirak edən, Şirvan şəhərində yerləşən ƏMDK-nın 7 saylı ərazi şöbəsinin müdüri Qanbayev Məhəmməd müəllim də Kərəm Həsənova bildirdi ki, bu obyektin icarəyə götürülməsində heç bir problem yoxdur. Sonda isə Kərəm Həsənov Məhəmməd Qanbayevə tapşırıq verdi ki, “Regional İnformasiya Agentliyi”MMC-nin təsis sənədlərinin nüsxəsini,JEK-in bizə verdiyi arayışı və obyektin eskizini çəkib komitəyə göndərsinlər və ən qısa müddətdə həmin obyektin “Regional İnformasiya Agentliyi”MMC-ə icarəyə verilməsi məsələsini həll etsinlər.
Görüşdən təxminən 1 həftə sonra bütün sənədləri həll edərək Məhəmməd müəllimə təqdim etdim. Məhəmməd müəllim də mənə obyektin eskizi çəkilərək ən geci 1 həftəyə icarə işlərinin həll olacağını dedi.
Şirvan şəhərində yerləşən ƏMDK-nın 7 saylı ərazi şöbəsinin müdiri Məhəmməd müəllimə sənədləri təqdim etdikdən 3 gün sonra mənə ƏMDK-dan məktub gəldi ki, siz ƏMDK-nin sədri Kərəm Həsənov ilə görüşdə olduğunuz üçün icarəyə lazım olan bütün sənədləri toplayıb Şirvan şəhərində yerləşən ƏMDK-nın 7 saylı ərazi şöbəsinə təqdim edəsiniz. Halbuki nəzərdə tutulan sənədlər bu sorğu gəlməmişdən qabaq aidiyyatı orqana verilmişdir .Hətta Komitədən gələn məktubun nüsxəsini də.
Artıq təqdim edilən sənədlərin üstündən 3 ay keçib, amma hələ də heç bir cavab alınmayıb.Dəfələrlə bu haqda aidiyyatı dövlət orqanına müraciət olunsa da, eşitdiyim cavab bu oldu:iş Komitəlikdir. Məhəmməd müəllimdən göndərilən məktubun nömrəsini istəyəndə isə, mənə sədrin göstərişi olduğu üçün bizim sənədləri məktub ilə yox, şəxsən özü əli ilə Komitəyə təhvil verdiyini dedi. Soruşandaki Komitədə sənədlər kimə verilib, mənə cavabında Dövlət Əmlakının İcarəyə Verilməsi sektorunun müdiri Niftəliyev Qüddəsərə verildiyini dedi.
Bu haqda Niftəliyev Qüddəsər ilə danışmaq üçün 3 aydır səhər saat 11:00-dan saat 17:00-a dək otağındakı daxili nömrəyə zəng edirəm amma telefona cavab verən yoxdur. ƏMDK-nin öz nömrəsinə cavab verən operatordan Qüddəsər müəllimi soruşanda isə bu haqda məlumatı olmadığını və harada olduğunu bilmədiklərini dedilər.
Görəsən ƏMDK-nin otaqlarındakı daxili nömrələr işləmir yoxsa Qüddəsər müəllim özünə əziyyət verib vətəndaşların zənginə cavab vermək istəmir? İndi özünüz düşünün, 3 aydır hər gün Qüddəsərin müəllimin otağındakı daxili nömrəyə zəng olunur və bir dəfə də olsun o nömrədən cavab verən olmayıb! Bu haqda ƏMDK-nin 193 nömrəli qaynar xəttinə də zəng edərək öz şikayyətimi vermişəm amma heç bir nəticə əldə edə bilməmişəm! Ya çox hörmətli Qüddəsər müəllim ümumiyyətlə işə gəlmir , ya da vətəndaşlar onun üçün maraqlı deyil və Dövlətin onun üçün ayırdığı otağındakı daxili nömrəyə cavab vermək əvəzinə ancaq şəxsi mobil telefonuna cavab verir!
Bundan əlavə, 1 həftə bundan qabaq ƏMDK-nin Sədr müavini Rafiq Cəlilovun otaq nömrəsinə zəng etdim və katibəsinə bu məsələni tam ətraflı şəkildə izah etdim və o isə Rafiq müəllimə məruzə edəcəyini dedi. Həmin gün mənim özümə Rafiq müəllimin otaq nömrəsindən katibəsi zəng edərək Rafiq müəllimə məlumat verdiklərini və məsələni araşdıracaqlarını dedi. Artıq 1 həftədən çoxdur ki, Rafiq müəllimdən də heç bir xəbər yoxdur.

Ən maraqlısı isə odur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bizim ofis üçün götürmək istədiyimiz obyektin icarə məsələsinin ən qısa müddətdə öz həllini tapması haqda göstəriş verdiyi halda 3 aydır 1 həftəyə həll olunması gərəkən iş öz həllini tapmayıb. Burdan belə nəticəyə gəlmək olar ki, ya Dövlət Əmlakının İcarəyə Verilməsi sektorunun müdüri Niftəliyev Qüddəsər Komitənin Sədri Kərəm Həsənovun söz və tapşırığını saymır, ya icarə işlərindən anlayışları yoxdur, ya Qüddəsər müəllim ümumiyyətlə işə gəlmir ya da obyektin icarəyə verilməsi üçün şəxsi maraqları var və rüşvət umurlar.
Mən Regional İnformasiya Agentliyinin Baş Direktoru Ceyhun Abbasov olaraq Əmlak Məsələləri Dövlət Komitəsindən göstərilən obyektin bizə ofis üçün icarəyə verilməsini tələb edirəm! Obyektin icarəyə verilib-verilməməsi haqqında bizə təcili olaraq məlumat versinlər. Əgər icarəyə verilmirsə bunun səbəbini də göstərsinlər!
regional.az
28-08-2013, 10:20
Geri qayıt