BolgeXeber.Com » İdman » "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

18-06-2019, 17:37
Oxunub: 3 873 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum olduBu gün İsveçrənın Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.

Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi 1-ci mərhələdə Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.

"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.