BolgeXeber.Com » İdman » "Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi açıqlanıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi açıqlanıb

26-07-2019, 12:20
Oxunub: 4 386 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi açıqlanıbGələn il "Formula 1" üzrə Azərbaycan Qran-prisi iyunun 7-də keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov açıqlama verib. "Hələ "Formula 1"in yeni təqvimi açıqlanmayıb. Amma böyük ehtimalla iyunun 7-də təsdiqlənəcək" deyə o bildirib.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi son 3 ildə aprelin ortalarında keçirilib.