BolgeXeber.Com » İdman » Mahir Emrelinin bu kluba transferi hər an reallaşa bilər

Mahir Emrelinin bu kluba transferi hər an reallaşa bilər

20-08-2019, 15:38
Oxunub: 4 678 Mahir Emrelinin bu kluba transferi hər an reallaşa bilərİspaniya Sequndası təmsilçisi “Estremadura” “Qarabağ”ın və milli komandamızın futbolçusu Mahir Emrelini transfer etməkdə israrlıdı

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Manuel Moskera rəhbərlikdən iki transferin qısa müddətdə tamamlanmasını tələb edib. Klub “transfer pəncərəsi” bağlanana qədər Azərbaycan millisinin üzvü ilə yanaşı, “Qranada”dan ayrılan yarımmüdafiəçi Alberto Martinlə anlaşmaq istəyir.
“Estremadura”nın Mahiri heyətinə qatmaq üçün danışıqları davam etdirdiyi vurğulanıb. İspanlar bu məsələnin açıq qaldığını, transferin hər an reallaşa biləcəyini vurğulayıb.