XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Avropa Liqası: “Qarabağ”la oyunun bileti 150 avroya

Avropa Liqası: “Qarabağ”la oyunun bileti 150 avroyaAvropa Liqasında böyük sensasiya edərək qrup mərhələsinə qədər irəliləyən “Düdelanj” bu raund üçün bilet qiymətlərini müəyyənləşdirib.

“Qafqazinfo” xəbər verir ki, Lüksemburq təmsilçisi həm "Qarabağ", həm "Sevilya", həm də APOEL-lə qarşılaşmaya eyni məbləğ təyin edib.

Belə ki, bu rəqiblərlə ev oyunlarını izləmək istəyən azarkeşlər tribunalar üzrə müvafiq olaraq 75, 100 və 150 avrolarından keçməli olacaqlar. İlk olaraq sentyabrın 13-də "Qızıl kart", abunə və ya üzvlük kartı olanlar biletlərini əldə edə biləcəklər. Qalan biletlər isə ertəsi gün satışa çıxarılacaq.

Bundan başqa, klub rəhbərliyi "Sevilya" və "Qarabağ"la səfər matçlarına azarkeş aparmağı planlaşdırır.

Qeyd edək ki, "Dudelanj" qrupda ilk ev oyununu oktyabrın 3-də "Qarabağ"a qarşı keçirəcək. Lüksemburq çempionu Ağdam təmsilçisini "Cosi Bartel" stadionunda qəbul edəcək.
Bölmə: İdman | 05 sentyabr 2019 15:16





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: